Rüfət Quliyev Ukrayna seçkilərində necə səs verib?

Rüfət Quliyev Ukrayna seçkilərində necə səs verib?

22-04-2019 18:01 / Bu xəbər 1404 dəfə oxundu

Milli Məclisin deputatı Rüfət Quliyevin Ukraynada ötən gün keçirilmiş prezident seçkilərinin 2-ci turunda səs verdiyi bildirilir. 

Bu barədə "diasporpress" saytı məlumat yayıb.

Sayt Rüfət Quliyevin Ukrayna seçkilərində səsvermədə iştirakını əks etdirən fotoşəkilləri təqdim edib. 

"Quliyevin vurğulanan seçkilərdə səs verməsi onun həm də Ukrayna vətəndaşı olduğunu təsdiqləyir. Lakin qeyd olunmalıdır ki, Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığı qadağan edir və bu qadağanın pozulması hüquqi məsuliyyət yaradır", - sayt yazır. 

Yazıda qeyd olunur ki, indiki halda isə Azərbaycanın sıravi bi vətəndaşının deyil, Milli Məclisin deputatı kimi yüksək statusa malik Rüfət Quliyevin qanunvericiliyin bu tələbinə məhəl qoymadığı üzə çıxıb. 

"Müvafiq dövlət qurumlarının bu faktı diqqətlə araşdıracağı və qanuna uyğun şəkildə tədbir görüləcəyi gözlənilir", - məlumatda deyilir. 

İddialarla bağlı sayt deputatla əlaqə saxlasa da, açıqlama ala bilməyib.