Rüstəm Behrudi: “Mehman Hüseynovun tezliklə azadlığa çıxacağına əminəm”

Rüstəm Behrudi: “Mehman Hüseynovun tezliklə azadlığa çıxacağına əminəm”

06-01-2019 01:40 / Bu xəbər 1304 dəfə oxundu

Şair Rüstəm Behrudi həbsdəki bloger Mehman Hüseynovun yeni ittihamlarla üzləşməsi və buna etiraz olaraq ölüm aclığına başlamasına münasibət bildirib.

Behrudi "Basta”ya açıqlamasında bildirib ki, Mehman Hüseynovun tezliklə azadlığa çıxacağına əmindir: "Mən indi yox, həmişə insanların düşüncəsinə görə mühakimə olunmağının aleyhinə olmuşam! Mehmanla bağlı düşüncəm budu ki, ağır cinayət törətməmiş bir gənci azadlıqdan məhrum eləmək düzgün addım deyil! Onun tezliklə azadlığa çıxacağına əminəm!”

Həbsdəki bloger Mehman Hüseynova cəza müddətinin başa çatmasına 2 ay qalmış yeni ittiham irəli sürülüb. 

O, bu ittihamın əsassız olduğunu bildirib, şərlənməsinə etiraz olaraq artıq 11-ci gündür ki, aclıq aksiyası keçirir.