Rüstəm Behrudidən Tofiq Yaqubluya dəstək

Rüstəm Behrudidən Tofiq Yaqubluya dəstək

23-03-2020 22:07 / Bu xəbər 1600 dəfə oxundu

Şair Rüstəm Behrudi müsavatçı Tofiq Yaqublunun şərlənərək həbs olunmasına etiraz edib. 

"Bu, çox ayıb bir şeydir", - deyən Rüstəm Behrudi Tofiq Yaqublunun bir qadına əl qaldırdığına inanmadığını ifadə edib.

"Mən Tofiq bəyi tanıdığımdan, onun hansı əxlaqa malik olduğunu bilirəm! Hərəkətsiz halda dayanan maşını vuran qadın da yanlış yapdığının fərqindədir, yəqin ki!", - deyə Rüstəm Behrudi "Basta" əməkdaşının sualına cavab olaraq bildirib.

"Ölkəni bürümüş fəlakətin at oynatdığı bir vaxtda bu cür hadisələr şox ayıb bir şeydi! Həbs qətiimkan tədbirinin seçilməsi də çox gülməlidi! Artıq dünyada qaçmağa yer varmı ki,Tofiq bəy qaçsın! Yenə də deyirəm, bu çox ayıb bir hərəkətdir! Tezliklə buraxılacağına ümid edirəm!", - deyə Rüstəm Behrudi qeyd edib.

Xatırladaq ki, ötən ilin yanvar ayında bloger Mehman Huseynov ikinci dəfə əssasız ittihamlarla üzləşərkən ziyalılardan ilk olaraq Rüstəm Behrudi buna etirazını bildirmişdi.

Qeyd edək ki, martın 22-də Tofiq Yaqublu təxribatla üzləşib. Təxribatçılar idarə etdikləri avtomobil ilə Tofiq Yaqublunun park halında olan avtomobilini vurub, sonra da onun özünə hücum ediblər. 

Tofiq Yaqublu məruz qaldığı hücumla bağlı polis orqanlarına müraciət edib. Lakin hadisə yerinə gələn polis əməkdaşları, təxribatçıları yox, Tofiq Yaqublunun özünü həbs edərək, ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürüblər. 

Martın 23-də Nizami Rayon Məhkəməsi heç bir hüquqi əsas olmadan Tofiq Yaqublunun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Tofiq Yaqublunun hüquqlarının Müdafiə Komitəsi hakimiyyətin repressiya siyasətini qətiyyətlə pisləyir və buna son qoyulmasını tələb edir.