Rus dilində danışması qalmaqla səbəb olan rejissordan açıqlama

Rus dilində danışması qalmaqla səbəb olan rejissordan açıqlama

03-03-2016 23:58 / Bu xəbər 1992 dəfə oxundu

Hansı dildə danışmağımızdan asılı olmayaraq insan sənəti ilə, işi ilə vətəninin dünyaya tanıtdırırsa bu artıq onun vətənpərvər olduğunun nümunəsidir.

Bu sözləri "İçəri şəhər” filminin rejissoru İlqar Safat filminin təqdimatında rus dilində danışmasından sonra bu mövzu ətrafında yaranan qalmaqal barədə Arqument.Az-a danışarkən deyib. 

"Təbii ki, mənim öz vətənimə və doğma dilimə böyük sevgim və hörmətim var. Həmin təqdimatda Rusiyadan gələn qonaqlarımız var idi, komanda üzvləri və aktyor. Bu səbəbdən nitqim rus dilində idi. Bundan əlavə, insanın vətənə sevgisi danışdığı dildən asılı deyil. Vətənpərvərlik əməllərdə özünü biruzə verir. Hansı dildə danışmağımızdan asılı olmayaraq insan sənəti ilə, işi ilə vətəninin dünyaya tanıtdırırsa bu artıq onun vətənpərvər olduğunun nümunəsidir. Və əsl vətənpərvər insan heç bir zaman təqdimat zamanı mədəniyyətsiz şəkildə öz etirazını bildirməz. Ən azından zalda toplaşan qonaqlara, insanlara hörmət əlaməti olaraq”.

Nilufər