Rus qadının pişiyi sevməsi

Rus qadının pişiyi sevməsi

24-12-2015 00:52 / Bu xəbər 2160 dəfə oxundu

Vasif Əlihüseyn

Ümumilikdə götürəndə, insanlar öz təkliyini nəyləsə bölüşürlər. Rusiyada tələbə olanda evində kirayə qaldığım bir qadın vardı: adı Lyuba Şerbakova idi. Lyuba xanımın əsli Azərbaycandan idi və ona görə də bizim millətə qarşı içində bağlılıq vardı. 

O, Gəncə şəhərində uşaq evində böyümüşdü. Sonra ailə qurduqdan sonra ermənistana köçmüşdü. 

Ömrünün sonlarında isə, rusiyaya qayıtmışdı. Buna görə də Lyuba xanım həm Azərbaycan, həm də erməni dilini yaxşı bilirdi. İki otaqlı evinin birində özü, digərində isə mən yaşayırdım. Əslində ona verdiyim kirayə pulu da elə çox deyildi. Amma bütün bunlara baxmayaraq məni evən çıxarmağı ağlından belə keçirmirdi. Azdan-çoxdan mənim haqda məlumatı olduqdan sonra, daha çox inanmağa başlamışdı. 

Ona verdiyim kirayə puluna görə yox, ona həyan olmaq üçün məni evində saxlayırdı. Məni evdən çıxarmaq üçün hətta ona böyük məbləğdə kirayə pulu təklif edənlər də olmuşdu. 

Lyuba xanımın dediyinə görə iki oğlu və bir qızı vardı. Onlar da Rusiyanın başqa şəhərlərində yaşayırdılar. Lyuba xanım bütün təkliyini evində saxladığı pişiyi ilə bölüşürdü. Həmişə soruşurdum ki, övladların niyə sənə baş çəkmirlər?! Deyirdi: "Gələcəklər”. 

Lyuba xanımın evində dörd il yaşadım, amma bu vaxt ərzində heç kim gəlmədi. Tale elə gətirdi ki, mən vətənə qayıtdım. 

Yaşadığım otaqda ora işləməyə gələn atam yaşayırdı. Sonra atam zəng vurdu ki: "Lyuba xanım dünyasını dəyişdi, dəfn elədik. İndi qız ilə oğlu gəlib evi satmağa”. Tüklərim biz – biz oldu. Bu qədər vaxtı bir anananın qapısını açmayan övlad, sən demə, bu günü gözləyirmiş atamı da evdən çıxarmışdılar. Evi satıb pulunu öz aralarında bölüşdürmüşdülər. O, vaxtdan fikirləşirəm görəsən pişiyi neyədilər?!