Rusiya da MiQ-29 təyyarəsinin axtarışına qoşulacaq

Rusiya da MiQ-29 təyyarəsinin axtarışına qoşulacaq

08-08-2019 19:35 / Bu xəbər 850 dəfə oxundu

Rusiya Federassiyası Xəzər donanmasının mütəxəssisləri qəzaya uğramış MiQ-29 təyyarəsinin axtarışına qoşulacaqlar.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, bu barədə RF Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bildirib.

Axtarış dəstəsinə 50-yə yaxın adam, "Anatoli Qujvin" hidroqrafik gəmi, "SB-45" xilasedici buksirli gəmi daxildir. 

Həmçinin axtarışa bir neçə sualtı aparatın cəlb edilməsi planlaşdırılır.

Axtarış sahəsi 600 kvadrat metrdən çox, dərinlik 40 metrə qədərdir. 

Xəzər donanmasının dəstəsi iki sutkadan sonra axtarış işlərinə başlamağı planlaşdırır.