Rusiya ilə Ermənistan birgə qoşun yaradır

Rusiya ilə Ermənistan birgə qoşun yaradır

14-11-2016 15:17 / Bu xəbər 1662 dəfə oxundu

Rusiya ilə Ermənistan birgə qoşun qruplaşması yaradırlar.

Rusiya prezidenti Vladimir Putin tərəflər arasındakı müvafiq sazişi təsdiqləyən sərəncam imzalayıb.

Bu barədə noyabrın 14-də prezidentin rəsmi saytı məlumat yayıb.

Rusiyanın müdafiə nazirliyinə, xarici işlər nazirliyinin iştirakı ilə Ermənistan tərəfi ilə danışıqlar aparılması və sazişin Rusiyanın adından imzalanması tapşırılıb.

Müqavilə uzadılmaq şərti ilə 5 illik imzalanacaq.

Yəni tərəflərdən heç biri etiraz etməsə, müqavilə avtomatik daha 5 il uzanacaq.///azadliq.org