"Rusiya nə desə, onu da edəcəklər” - ŞƏRH

12-06-2017 18:37 / Bu xəbər 1799 dəfə oxundu

"Mövcud status-kvonu dəyişməyin vaxtı çatıb və status-kvonun davam edəcəyi təqdirdə bunun bütün region üçün nə ilə nəticələnəcəyini hamı bilir”.

"Report”un məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunun 12-də estoniyalı həmkarı Sven Mikser ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. 

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini şərh edən E.Məmmədyarov deyib ki, Azərbaycanın mövqeyi  olduğu kimi qalır və ölkə substantiv danışıqların aparılmasını istəyir.

O, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iyunun 19-da Bakıya səfər edəcəklərini, Azərbaycan prezidenti və XİN başçısı ilə görüşlər keçirəcəklərini, bu günlərdə isə Yerevanda olduqlarını xatırladıb.

Siyasi şərhçi Elxan Şahinoğlu isə hesab edir ki, bu cür açıqlamalar durumu dəyişmir:
Картинки по запросу elxan şahinoğlu 
"Elmar Məmmədyarov hər zaman bu mövzuya toxunur. Amma məsələ burasındadır ki, bu cür açıqlamalar durumu dəyişmir. Çünki nə Ermənistan geri addım atır, nə də həmsədrlər Ermənistanı razı salırlar. Biz nə qədər də desək ki, status-kvon dəyişilməlidir, xeyri yoxdur,  vəziyyət dəyişmir. Həmsədrlər bölgəyə səfər ediblər və artıq Qarabağdadırlar. Daha sonra, yəqin ki, Bakıya gələcəklər. Onların səfərindən də real nəticə gözləmirəm. Vəziyyət dəyişmir, atəşkəs pozulur və s. Elmar Məmmədyavor bu fikiri səsləndirsə də, vəziyyət dəyişməyəcək”.

Politoloq Zərdüşt Əlizadə isə Toplum Tv-yə açıqlamasında Rusiyanın Dağlıq Qarabağ münaqişəsində maraqlı olduğunu vurğulayıb:
 
"Bu münaqişənin sahibi Rusiyadır və Rusiya bu münaqişənin qalmasında maraqlıdır. Hər iki ölkədəki hakimiyyət Rusiyadan asılıdır. Rusiya nə desə, onu da edəcəklər”.

Alya A.