Rusiya və Ermənistan birgə hərbi qruplaşma yaratdı - Saziş Putinə təqdim olunub

Rusiya və Ermənistan birgə hərbi qruplaşma yaratdı - Saziş Putinə təqdim olunub

19-06-2017 16:34 / Bu xəbər 1900 dəfə oxundu

Rusiyanın baş naziri Dmitri Medvedev Rusiya ilə Ermənistanın birgə hərbi birləşmələrinin yaradılması haqda sazişi, ratifikasiya prosedurlarının başladılması üçün, prezident Vladimir Putinə təqdim edib, – Ermənistan mətbuatı məlumat yayıb.

Saziş 2016-cı ilin noyabr ayında Rusiya və Ermənistanın müdafiə nazirləri Serqey Şoyqu və Viqen Sarkisyan arasında imzalanıb.

Müsavat Partiyası Rusiya və Ermənistanın birgə hərbi birləşmələrinin yaradılmasını Azərbaycanın suverenliyinə və milli təhlükəsizliyinə qarşı təhdid kimi qiymətləndirib. 

Müsavat Partiyası Azərbaycan hakimiyyətindən belə ordunun yaranmasının qarşısının alınması üçün diplomatik səyləri artırmağı, Azərbaycanın Milli Təhlükəsizliyi haqqında Konsepsiyasında göstərildiyi kimi NATO ilə əməkdaşlığın genişləndirilməsini, bu quruma üzv olmaq istiqamətində səylərin artırılmasını tələb edib. 

Müsavat Partiyası həmçinin NATO və Türkiyə hökumətinin Rusiya-Ermənistan ordusunun yaradılmasına münasibət  bildirməsinin zəruriliyini bəyan edib.

Bastainfo.com