Rusiyada mitinqlər keçirilir

Rusiyada mitinqlər keçirilir

05-05-2018 15:11 / Bu xəbər 3001 dəfə oxundu

Rusiyanın bir sıra şəhərlərində müxalifətçi Aleksey Navalnının tərəfdarları icazəsiz mitinqlər keçirirlər.

Məlumata görə, etiraz aksiyaları Moskva, Sankt-Peterburq, Krasnoyarsk və digər şəhərlərdə təşkil olunub.

Krasnoyarskda keçirilən icazəsiz mitinq zamanı polis az 15 nəfəri saxlayıb. Şəhər polisinin nümayəndələri kütləyə mitinqin keçirilməsinə icazə verilmədiyini bildirib və onlardan dağılışmalarını istəyib. 

Amma buna məhəl qoymayan nümayişçilər mərkəzə doğru irəliləyib. Bu zaman polis onların hərəkət istiqamətinin qarşısını kəsərək bir neçə etirazçını avtobusa və polis maşınına qoyaraq aparıb.

Mayın 7-də Rusiya prezidenti Vladimir Putinin inauqurasiya mərasimi keçiriləcək.

report.az