Rusiyanın Türkiyədəki səfiri öldürüldü (YENILƏNİB)

Rusiyanın Türkiyədəki səfiri öldürüldü (YENILƏNİB)

19-12-2016 23:03 / Bu xəbər 3060 dəfə oxundu

Silahlı hücumdan sonra Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dünyasını dəyişib. 

"Biz Türkiyə hakimiyyətilə birbaşa əlaqədəyik. Biz tələb edirik ki, Türkiyə zorakılığı durdurmaq üçün bütün tədbirləri görsün, vuruşmanı dayandırsın, təhlükəsizliyi təmin etsin və Rusiya səfirinə təcili tibbi yardımla təmin etsin", səfirin ölümü barədə xəbərlərdən öncə xanım Zaxarova "İnterfax" agentliyinə deyib.

ABŞ Dövlət Departamenti səfirə hücumu pisləyib.

"Biz bu zorakılıq aktını, mənbəyi nə olursa olsun, pisləyirik. Düşüncələrimiz və dualarımız səfir və onun ailəsilədir", departamentin sözçüsü John Kirby deyib.

 

 

Türkiyənin daxili işlər naziri və Ankara valisi hadisə yerinə gəliblər. Hadisə yerinə xüsusi təyinatlı təhlükəsizlik qüvvələri yeridilib.

Ankarada Müasir İncəsənət Mərkəzində təşkil edilmiş rəsm sərgisində iştirak edən zaman hücum olub.

Hücum zamanı digər şəxslərin də yaralandığı deyilir. Bundan bir gün əvvəl Türkiyədə Rusiyanın Suriyaya hərbi müdaxiləsinə qarşı etirazlar keçirilib.

Rusiya televiziyasının yaydığı xəbərə görə, səfirin iştirak etdiyi sərgi "Türklər Rusiyanı necə görür" adlanıb.

Videolarda Ankaradkı Rusiya səfirini vuran kostyumlu şəxs "Suriyanı unutmayaq, Hələbi unutmayaq, Allahu əkbər!" qışqırır.

Türkiyə və Suriya arasında münasibətlər Suriya münaqişəsində iştirakları ilə bağlı gərginləşib.

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu Moskvaya Rusiya və İranla Suriya barəsində danışıqlar aparmaq üçün yollanmalı idi.

1954-cü ildə doğulmuş cənab Karlov, 2013-cü ildən Ankarada səfirdir. (BBC Azərbaycanca)

 

Öldürən şəxs
Öldürən şəxs.

 

 

Öldürən şəxs polis imiş
Öldürən şəxs polis imiş.

 

***

Hadisə fotosərginin açılışı zamanı baş verib

Rusiyanın Türkiyədəki Səfiri Andrey Karlova Ankarada silahlı hücum olub. Hücum səfirin fotosərginin açılışında iştirak edərkən baş verib.

Əvvəlcə hücum edən şəxs havaya, sonra isə səfirə və yanındakı şəxslərə atəş açıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu şəxsən əməliyyata rəhbərlik etdiyini söyləyib.

 

Andrey Karlov
Andrey Karlov . Fotoqraf:: sputnik