Ruslan İzzətli polisə çağırılıb

Ruslan İzzətli polisə çağırılıb

25-06-2019 11:11 / Bu xəbər 1188 dəfə oxundu

D18 Hərəkatının başqanı Ruslan İzzətli Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

Bu barədə Ruslan İzzətli feysbukda məlumat yayıb.

"Bu gün Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurulla Məmmədxanlının adından Anar adlı şəxs evimə zəng edərək mənimlə görüşmək istədiyini bildirib. Evdən xarici səfərdə olduğum bildirilib", - deyə İzzətli qeyd edib.

O bildirib ki, hazırda ABŞ-da səfərdədir: "Şəhər Polis İdarəsi rəsmiləri, mən Amerikada səfərdəyəm, təxminən 1 həftə sonra Bakıda olacağam. O zaman rəsmi müraciət edərsiniz, görüşərəm".