Rövşən Əhmədlinin saxlandığı deyilir

Rövşən Əhmədlinin saxlandığı deyilir

08-06-2018 17:48 / Bu xəbər 2303 dəfə oxundu

Bu gün, iyunun 8-də Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədlinin saxlandığı bildirilir.

Bu haqda AzadlıqRadiosuna həmin qurumdan Eldəniz Quliyev məlumat verib:

«Səhər evdən çıxanda saxlayıblar. Ondan sonra hara aparılıb və harada saxlanır, məlum deyil».

E.Quliyev bildirib ki, R.Əhmədlinin hələlik vəkili yoxdur.

Bu məlumata Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Milli Şuraya daxil olan siyasi qüvvələrin onlarla fəalı hazırda müxtəlif ittihamlarla həbsdədir. 

Şura onların siyasi motivlərlə şərlənərək həbs edildiyini açıqlayıb.

Ancaq hakimiyyət rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs edildiyi ilə bağlı deyilənləri qəbul etmirlər. 

Onlar deyir ki, həmin insanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.