Sabah Əfqan Muxtarlının məhkəməsi olacaq: həbs müddəti uzadılır

Sabah Əfqan Muxtarlının məhkəməsi olacaq: həbs müddəti uzadılır

16-08-2017 17:17 / Bu xəbər 1034 dəfə oxundu

Sabah, avqustun 17-də Nəsimi Rayon Məhkəməsində vicdan məhbusu Əfqan Muxtarlı ilə bağlı məhkəmə prosesi olacaq.

Bu haqda "Basta”ya məlumat verən vəkil Nemət Kərimli bildirib ki, prokurorluq Əfqan Muxtarlının barəsində həbs qətimkan tədbiri müddətinin uzadılması barədə təqdimat verib. 

Nemət Kərimli bildirib ki, Əfqan Muxtarlının həbsindən sonra ötən 3 aya yaxın müddət ərzində demək olar ki heç bir istintaq aparılmayıb.

Məhkəmə prosesi saat 12:00-da başlayacaq. Vəkil prosesin Əfqan Muxtarlının iştirakıyla keçiriləcəyini, lakin qapalı olacağı bildirib.

Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.

Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.

Ona Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.