Sabahdan 15 ölkənin vətəndaşına hava limanlarında viza veriləcək

Sabahdan 15 ölkənin vətəndaşına hava limanlarında viza veriləcək

14-05-2018 16:43 / Bu xəbər 2040 dəfə oxundu

Sabahdan, mayın 15-dən başlayaraq 15 dövlətin vətəndaşı Azərbaycanın hava limanlarında "ASAN Viza” sistemi ilə viza ala biləcəklər.

Bu yenilikdən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, İndoneziya, İran, Çin, Cənubi Koreya, Malayziya, Sinqapur, Türkiyə, İsrail və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşları faydalana biləcək. 

2017-ci ilin yanvar ayından "ASAN Viza” sistemi vasitəsilə əcnəbilərə 3 saat ərzində elektron vizalar verilir və bunun müqabilində 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır. Bu ilin mayına kimi 420 minə yaxın əcnəbiyə "ASAN Viza” sistemi vasitəsilə elektron viza verilib.

APA