Sabiq deputatlardan parlamentdəki müzakirələrə münasibət: "Hakimiyyətdaxili savaş..."

Sabiq deputatlardan parlamentdəki müzakirələrə münasibət:

09-12-2016 17:53 / Bu xəbər 1603 dəfə oxundu

"Bəziləri bu çıxışları parlamentin şousu hesab edir. Mən isə hesab edirəm ki, parlamentdə səsləndirilən tənqidlər deputatların şəxsi fikirləri idi”.

Bunu Toplum.Tv-yə keçmiş millət vəkili Gültəkin Hacıbəyli ötən günlərdə Milli Məclisə 2017-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı deputatların tənqidi çıxışlarına münasibət bildirərkən deyib. 
Картинки по запросу gültəkin hacıbəyli
Gültəkin Hacıbəylinin sözlərinə görə, ölkədə vəziyyət o qədər ağırlaşıb ki, hər bir millət vəkili vəziyyətin ciddiliyindən narahatlıq keçirməyə başlayıb: ”İlk növbədə öz kariyeralarını, cəmiyyətlə münasibətlərini nəzərə alaraq narahatlığı keçirməyə başlayıblar. İkinci ehtimalda isə anlayırlar ki, onlar da cəmiyyətin üzvüdürlər, onların ailə üzvləri bu cəmiyyətdə yaşayır və ölkəmizin üzləşdiyi kataklizimlər hər bir Azərbaycan vətəndaşını, o cümlədən millət vəkilləri və onların yaxın çevrələrini vuracaq. Səsləndirilən tənqidlər kifayət qədər açıq olsa da, sistemli deyildi. Xüsusilə, tənqidlərin real səbəbi - idarəetmənin yarıtmazlığı, real islahatların həyata keçirilməsi üçün siyasi iradənin olmaması, ölkənin korrupsiya bataqlığında boğulması göstərilmirdi. Lakin istənilən halda təriflərdən, məddahlıqdansa, belə tənqidlər təqdir olunmalıdır. Hesab edirəm ki, get-gedə parlamentdə səsləndirilən tənqidlərin sayı artacaq. Durumun pisləşmə dinamikası artdıqca, biz millət vəkillərinin daha sərt çıxışlarının şahidi olacağıq”.

AXP sədri, sabiq deputat Pənah Hüseyn isə məsələ belə münasibət bildirib: "İndiki vəziyyətin deputatlar tərəfindən təndiq olunması durumun ciddi olduğuna dəlalət edir. Bu baxımdan deputatların müəyyən niyyətlə və ya səmimi şəkildə narahat olub tənqid etməsi həyəcan siqnalı kimi qəbul olunmalıdır.
 Картинки по запросу Pənah Hüseyn
Keçmiş deputat və siyasətçi olaraq Azərbaycanın indiki vəziyyətini sosial-iqtisadi cəhətdən fəlakətli bir vəziyyət kimi dəyərləndirirəm. Yaxın zamanda proseslərin qarşısı alınmasa, ölkə açıq-aydın ciddi sınaqlara doğru gedir. Təəssüf ki, hakimiyyət bunun qarşısını almaq, vəziyyətin nisbətən ağrısız keçməsi üçün lazım olan tədbirləri görmür. Əksinə, əhalinin hesabına vəziyyətdən çıxmağa çalışır ki, bunun da heç bir xeyri yoxdur”.

"Ümid” Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə deputatların tənqidi fikirlərinin səbəbinin problemlər olmadığını deyib: ”Düşünürəm ki, deputatların belə danışmasına səbəb problemlər deyil. Bu günə qədər 3 qat bahalaşma olub, lakin heç vaxt belə reaksiya verilməyib. Bu reaksiyalar qrup oyunları ola bilər, yaxud da kimlərsə vəziyyətdən istifadə edib hakimiyyətdaxili rəqibini zərərsizləşdirməyə meyl edə bilər. Hələlik bu reaksiyalar barədə konkret fikir yürüdə bilmərəm, bunlar, sadəcə, ehtimallardır və mənə aiddir, ehtimallar isə reallıq deyil”.
Картинки по запросу İqbal Ağazadə
Xatırladaq ki, 7 dekabrda Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputatlar tənqidi çıxışlar səsləndiriblər. Xüsusilə, Əli Məsimli iqtisadi durumun ağır olması ilə bağlı hökumətə 7 sual ünvanlayıb. 

Ofelya Ramilqızı