"Sabiq icra başçısı dəyəri milyonla ölçülən “obyekt” tikdirib" – FOTO

20-04-2019 01:55 / Bu xəbər 1561 dəfə oxundu

Xətainin sabiq icra başçısı Razim Məmmədov Novxanı çimərliyində dəyəri bir neçə milyon manatla ölçülən otel, restoran, spa mərkəzi tikdirib.

Bu barədə Azinforum.az saytı məlumat yayıb.

"Mariana Trench” adlanan bu mərkəzin builki yay mövsümündə tam fəaliyyətə başlayacağı bildirilir.  

Yeni tikilən istirahət-əyləncə kompleksinin Xətai rayonunun sabiq icra başçısı Razim Məmmədova məxsus olduğunu yazan sayt qeyd edir ki, bu yaxınlarda vəzifəsindən azad edilən sabiq icra başçısının tez-tez həmin mərkəzdəki işlərlə tanış olur.

""Obyekt” tam ərsəyə gəlsə də, Razim Məmmədov yaxındakı restoranlardan biri ilə dənizə birbaşa çıxış əldə etmək məsələsində razılığa gələ bilməyib. Bunun üçün ona üzbə-üzdə olan "Dalğa” adlı restoran mane olur", - məlumatda deyilir.

Məlumata görə, sabiq başçı həmin restorana istifadəsiz ərazisini satmağı təklif etsə də, onun təklifi geri çevrilib. 

"Dalğa” restoranının əslən Kəlbəcərdən olan bir məmura məxsus olduğu bildirilir. 

Razim Məmmədov isə xəbəri nə təsiq, nə də təkzib edib.