Sabiq prezident sərbəst buraxılıb
22-03-2018 13:36 / Bu xəbər 2368 dəfə oxundu
Nikola Sarkozi polis nəzarətində qalacaq
İki günlük Nantere polisinin dindirilməsindən sonra Fransanın sabiq prezidenti Nikola Sarkozi martın 21-də sərbəst buraxılıb.
Ancaq sabiq prezidentə qarşı korrupsiya və Liviyaya məxsus dövlət vəsaitlərinin gizlədilməsi ittihamı ittihamə irəli sürülüb.
Le monde yazıb ki, N.Sarkozi polis nəzarəti altında qalacaq.
Fransanın sabiq prezidenti Nikola Sarkozi martın 20-də Nantere polisi tərəfindən saxlanılıb.
Nikola Sarkozi 2007-2012-ci illərdə Fransanın prezidenti olub.
Meydan.tv