"Sadə" deputatın mürəkkəb biznesi - SİYAHI

20-02-2020 02:57 / Bu xəbər 439 dəfə oxundu

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən yenidən deputat "seçilmiş” İmamverdi İsmayılovun başı kredit qalmaqalına qarışıb.

Qlobal.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

Cavanşir Həsənli bildirib ki, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin bankı – "Bank Standard” (ləğv prosesindədir) deputatın oğlu İlmir İsmayılovu və gəlini Pərvanə Azər qızı İsmayılovanı məhkəməyə verib:

"Fevralın 12-də hakim Gündüz Cəlilovun sədrliyi ilə İmamverdi İsmayılovun oğlunun şirkətinə qarşı kassasiya şikayətinə baxılıb. Bank deputatın oğluna məxsus "MİR HOLDİNG” MMC-dən kreditin qaytarılmasını tələb edir.

İlmir İsmayılov bizneslə məşğuldur, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının idarə heyətinin üzvüdür. Deputatın ailəsinə məxsus şirkətlər əsasən turizm sektorunda fəaliyyət göstərirlər.

1. "MİR HOLDİNG” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2009-cu il iyulun 16-da qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi İmamverdi İsmayılovun oğlu İlmir İsmayılov, hüqüqi ünvanı YASAMAL RAYONU, MİRZƏ FƏTƏLİ AXUNDOV, ev 152, m. 46-dır.

2. "MİR GROUP HOLDİNG” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2017-ci il yanvarın 13-də qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi İmamverdi İsmayılovun oğlu İlmir İsmayılov, hüqüqi ünvanı BADAMDAR ŞTQ, SEYRAN MƏMMƏDOV küçəsi 16, mənzil 30-dur.

3. "İKO” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2006-cı il aprelin 24-də qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi İmamverdi İsmayılovun həyat yoldaşı Bağdagül Qurban qızı İsmayılova, hüqüqi ünvanı YASAMAL RAYONU, MİRZƏ FƏTƏLİ AXUNDOV, ev 152, m. 46-dır.

4. "MİR GLOBAL LOGİSTİCS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2010-cu il aprelin 2-də qeydiyyatdan keçib, qanuni təmsilçisi Fuad Qibləli oğlu Bünyadov, hüqüqi ünvanı YASAMAL RAYONU, MİRZƏ FƏTƏLİ AXUNDOV, ev 152, m. 46-dır.

5. "SUPER KİDS KLUB” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (uşaq bağçası) 2012-ci il dekabrın 7-də qeydiyyatdan keçib, qanuni təmsilçisi Pərvanə Azər qızı İsmayılova, hüqüqi ünvanı NƏRİMANOV RAYONU, HƏSƏN ƏLİYEV, ev 1, m. 127-dir.

6. "QARADAG-BZ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2011-ci il sentyabrında qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi deputatın oğlu Unutmaz İsmayılovdur.