"Sahil Babayevin açıqlaması rüsvayçılıqdır"

08-04-2020 02:30 / Bu xəbər 2798 dəfə oxundu

"ABŞ-ın 330 min nəfər ətrafında əhalisi var. Hazırkı bioloji böhran ölkəyə böyük sarsıntılar gətirib". 

Bunu Milli Şuranın sədri Cəmil Həsənli feysbuk hesabında yazıb.

O bildirib ki, son bir neçə həftədə qeydiyyatdan keçənlərlə birlikdə işsizlərin sayı 7 milyon ətrafındadır: "ABŞ-ın 330 milyon nəfər ətrafında əhalisi var. Hazırkı bioloji böhran ölkəyə böyük sarsıntılar gətirib. Son bir neçə həftədə qeydiyyatdan keçənlərlə birlikdə işsizlərin sayı 7 milyon ətrafındadır. Son bir neçə həftənin göstəriciləri artıq 1929-1930-ci illərin böyük böhranın göstəricilərini arxada qoyub. Amma 90 il bundan əvvəllə müqayisədə Amerika sosial və iqtisadi çəhətdən çox güclüdür. ABŞ hökuməti elan etdi ki, önəmlisi millətin həyatını xilas etməkdir. Dövlətin nəzarət etdiyi sərvət Amerika xalqına məxsusdur. Bu deklarativ bəyanat deyil, əməli siyasətdir. Bütün biznes qurumları, xüsusi ilə orta və xırda biznes dövlətin qayğısı ilə əhatə olunub. az qala 7 milyon nəfərə çatan işsizlərin hamısı həftədə 600 dollar (ayda 2500 dollar) yardımla təmin edilir. İlham Əliyevin 5 faizlik yoxsullarından fərqli olaraq burada kimin illik gəliri 32 min dollardan aşağıdırsa onlar yoxsul hesab edilirlər. ". 

"Senatın qərarına görə,  illik gəliri 75 min dollardan aşağı olan hər kəs 1200 dollar və 21 yaşına qədər uşaqlar (yaş senzi ştaatdan ştata fərqli ola bilər) 500 dollar birdəfəlik yardımla təmin edilirlər. 75 min dollardan 99 min dollara qədər illik gəliri olanlar da təxminən 1000 dollar ətrafında birdəfəlik yardım ala biləçəklər. Burada və bütün dünyada belə bir şey yoxdur ki, ailədə kimsə işləyirsə, kimsə pensiya alırsa, ailənin işləməyən digər üzvü yardımdan məhrum edilsin", - Cəmil Həsənli bildirib. 

O bildirib ki, Sahil Babayevin açıqlaması rüsvayçılıqdır: "Sahil Babayevin açıqlaması rüsvayçılıqdır. Nə qədər məhdud dünyagörüşlü insanlar olar. Axı, ay sosial nazir necə olur, vergi tutanda, sosial fondlara pul tələb edəndə, SMS görə cərimə edəndə hər kəsi fərdi qaydada nəzərdə tutursunuz, yardım göstərəndə bu ailəvi cavabdehlik yada düşür? Amma bu Babayevlik deyil. Bütün bu hoqqabazlıqların başında Əliyevin ailə-feodal kleptokratik hakimiyyəti, hakim elitanın sərvət ehtirasları dayanır. Bu ağır gündə utanıb qızarmadan sərgərdan vəziyyətə saldıqları işsiz insanları min oyunla cüzi yardımdan də məhrum etmək istəyirlər. Beytülmala öz cibləri kimi baxdıqları üçün canları çıxır. Xaricdən mal alanda 19 milyon dəyəri olan avadanlığı 105 milyona sənədləşdirirlər, təkcə iki il ərzində yalnız bir istiqamədə 3 milyarda dollar ofşor hesablara göndərə bilirlər, amma millətin susuz ilan mələyən torpaqların dolanışıq mənbəyi hesab edib yardımdan kənarda qoyur, aclıqla imtahana çəkirlər. Dövlət malından yardımı da sədəqə kimi vermək istəyirlər. 10 milyon əhalisi olan ölkədə aşağı-yuxarı 2 milyon ətrafında işsiz var. Böhran İlham Əliyevin 5 faizlik işsizlik və 5 faizlik yoxsulluq limitini ilmə-ilmə sökdü. Bunların hər şeyi saxtadır, inkişaf nağılları da, statistikası da, işsizliyin və yoxsulluğun göstəriciləri barədə rəqəmləri də. Və həmişə də yalan olub, nəfslərindən fərqli olaraq nəfəsləri də yalan gedib-gəlib. İndi yalnız xalq deyil, özləri də bu yalanın girdabına düşüblər".