Şair Abbas Abdulla vəfat edib

Şair Abbas Abdulla vəfat edib

05-09-2019 16:12 / Bu xəbər 997 dəfə oxundu

Sentyabrın 4-də şair Abbas Abdulla  uzun sürən xəstəlikdən sonra  vəfat edib.

Bu barədə Azadlıq Radiosuna yaxınları məlumat verib.

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu da deyib ki, A.Abdulla xəstə idi. Onun sözlərinə görə, şair sentyabrın 4-də axşam saatlarında yaşadığı mənzildə vəfat edib.

 "A.Abdulla Maştağada yerləşən qəbiristanlıqda dəfn ediləcək",- T.Yaqublu bildirib.

A.Abdulla 1940-cı ildə doğulub. Bir çox şerlərin müəllifidir.

Şair Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi idi. Ədəbi "Ulduz" jurnalının baş redaktoru olub. 

"Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktorun müavini işləyib. 1992-93-cü illərdə Azərbaycanın İstanbulda baş konsulu kimi fəaliyyət göstərib.