Şair doğum gününü həbsxanada keçirir

Şair doğum gününü həbsxanada keçirir

29-08-2016 17:46 / Bu xəbər 734 dəfə oxundu

Hazırda həbsdə olan satirik şair Tofiq Həsənlinin doğum günüdür. 

Arqument.Az xəbər verir ki, şairin ailəsi onun həbsini yazdığı satirik şeirlərlə əlaqələndirir. 

Onların sözlərinə görə, Tofiq Həsənli Azərbaycan həqiqətlərini xalqa çatdırdığı üçün həbs olunub və 46-cı doğum gününü həbsxanada keçirir.

Qeyd edək ki, Tofiq Həsənli 2015-ci il oktyabr ayının 12-də axşam saatlarında Bakının Qala kəndində işlədiyi mağazadan aparılıb. Hazırda şair Kürdəxanı təcridxanasında saxlanılır. 
 
Daxili İşlər Nazirliyinin yaydığı rəsmi açıqlamada isə bildirilir ki, Tofiq Həsənli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (qanunsuz olaraq külli miqdarda narkotik satmaqda şübhəli bilindiyinə görə) ittiham olunur.

Əli Zeynalov
Arqument.Az