Sakinlər: Lerikdə 3 kəndi susuz qoyurlar

Sakinlər: Lerikdə 3 kəndi susuz qoyurlar

09-09-2018 11:33 / Bu xəbər 2340 dəfə oxundu

"Qorxmaz Hüseynovla Rövşən Bağırov 3 kəndi susuz qoyur"

Lerikin Şivlə və Biləvər və Geskön kəndləri illərdir ki, "Şüpək" meşə massivindəki bulaqdan istifadə edirlər.

İndi isə "Azərsu" ASC həmin suyu qonşu kəndlərə aparmaq istəyir. Sakinlər isə deyirlər ki, bu su aparılacaqsa, 3 kənd köçmək məcburiyyətində qalacaq... 

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov da bu suyu aparmaqda israrlıdır. 

"Azərsu"dan deyirlər ki, suyun mənbəyini də onlara icra hakimiyyəti verib. 

Şivlə kəndində isə yalnız bir bulaq var. Bulağın suyu az olduğundan hər sakin evinə ayrıca su xətti çəkə bilmir, - onlar deyirlər.

Ona görə də bəzi yerlərdə iki-üç qonşu ortaq su xətti çəkib.

Bu bulaqdan bir neçə kilometr aralıda yerləşən Şingədulan kəndinə ikinci, daha böyük su xətti çəkilir, - sakinlər deyirlər.

Şivlə və Biləvər sakinləri isə bundan narazıdırlar, bir bulağın hər kəsə çatmayacağından narahatdılar.

Amma suyun çəkiləcəyi deyildiyi Şingədulan kəndinin sakinləri də su qıtlığından şikayətçidir.

Lerik Rayon İcra Hakimiyiyyətinin başçısının müavini Habil Məlikov BBC News Azərbaycancaya deyib ki, sakinlərin narahatlığına əsas yoxdur.

O, mütəxəssislərin bulağın suyunun azalmayacağı qənaətinə gəldiklərini deyir.

"Azərsu" ASC isə bu məsələnin hələ ki layihə şəklində olduğunu və araşdırma aparıldığını deyir.

Şivlə və Biləvər kənd sakinləri isə ehtimal edirlər ki, susuz qalacaqlar, bu isə kəndin boşalmasına səbəb olacaq. Onlar hətta Prezident Adminstrasiyasına gəlib şikayətlərini bildiriblər...

"BBC News Azərbaycanca"nın əməkdaşları Cəmilə İbrahimova və Günel Səfərovanın  hazırlayırladığı videosüjeti izləyin: