Salam Sarvan "Qızıl Kəlmə" mükafatını yazıçılar arasında böldü

Salam Sarvan

18-05-2019 11:15 / Bu xəbər 142 dəfə oxundu

Şair-tərcüməçi Salam Sarvan ona verilən "Qızıl Kəlmə" mükafatını yazıçılar arasında bölüb.

Bu sırada Baş nazirin sabiq müavini, xalq yazıçısı Elçin Əfəndiyev və Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla da var.

"Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" yarışmasının nəticələri elan olundu. Mən də mükafatçıların arasındaydım. Nəticədə mənim payıma düşən 1500 manata ehtiyacım olmadığından (çün tərcümə imkanlarımdan bəs qədər pul qazana bilirəm) həmin pulu aşağıdakı adamlar arasında bölürəm:

Kamal Abdulla - 200 manat
Elçin Əfəndiyev - 200 manat
Sabir Rüstəmxanlı - 200 manat
Əjdər Ol 210 manat - (10 manat fərqini özü tapsın niyə görə)
Anar 100 manat
Çingiz Abdullayev - 125 manat (Anardan daha iddialı olduğuna görə)
Rəşad Məcid - 260 manat (hələlik ədəbi mühitdə daha çevik qaldığına görə)
Vaqif Yusifli - 2 manat
Seyfəddin Hüseynli - 600 manat (hamını orijinaldan tərcümə adıyla məharətlə aldatdığına görə)
Nizami Gəncəvi - 6 manat 
Əkbər Qoşalı - 7 manat (Nizami şerini orta Asiyada təmsil elədiyinə görə)
Aydın Xan - 100 manat (Qrant mədəniyyətinin alovunu sönməyə qoymadığına görə)
Azər Abdulla və Alpay Azər qardaşları (nəxnəy)
Səlim Babullaoğlu -100 manat +? manat (əlaqələri"çerez-çerez" olduğundan dəqiqləşdirmə mümükün olmadığına görə. Sonrakı hesab mənlik deyil).

Məsələ ciddidir, onsuz da, mən gedib bankdan-filandan pul götürəsi deyiləm".