Samir Şərifov əməkdaşları üçün bina tikdirir?

Samir Şərifov əməkdaşları üçün bina tikdirir?

02-02-2018 02:34 / Bu xəbər 2308 dəfə oxundu

Maliyyə Nazirliyinin 1 saylı Xəzinədarlıq idarəsinin rəisi Nadir Qarayev tikinti biznesinə girişib. 

Belə ki, onun tanınış iş adamları ilə birgə yaşayış binası inşa etdirdiyi iddia olunur. 

Bu barədə Qlobal.az məlumat yayıb.
 
Məlumata görə Nadir Qarayev xeyli müddətdir ki, yaxın bir dostu, ölkə medisasına heç də yad isim olmayan iş adamı ilə şərikli hündür mərtəbəli yaşayış binası inşa etdirir. 

Hazırda Bakı şəhərinin Xətai rayonu ərazisində Nadir Qarayevlə şərikinin tikdirdiyi hündür mərtəbəli binanın bir hissəsinin öncədən satıldığı deyilir. 

Məlumata görə isə bu binada mənzil alanların böyük əksəriyyəti sözügedən nazirliyin işçiləridir. 

Arqument.az-a verilən məlumatda isə binanın nazir Samir Şərifovun tapşırığı ilə tikdildiyi iddia olunur. 
 
Məlumata görə, 1 saylı Xəzinadarlıq idarəsi rəisinin müştərilərinin əksəriyyəti Maliyyə nazirliyində vəzifə tutan məmurları olsa da, burada digər imkanlı şəxslərin də mənzil aldığı diqqət çəkib. 

Son illər ölkədə müxtəlif dövlət qurumlarının öz əməkdaşları üçün mənzil inşa etdirdiyi tendensiyaya çevrilib. Ona görə də belə bir addımın maliyyə nazirliyi tərəfindən atıldığı da təəccüb doğurmur. 

Mövzu ilə bağlı Maliyyə nazirliyindən mövqe öyrənmək mümkün olmayıb. 

Arqument.Az