“Saytların bloklanması hüquqi nonsesdir” - Elçin Şıxlı

“Saytların bloklanması hüquqi nonsesdir” - Elçin Şıxlı

10-08-2018 10:34 / Bu xəbər 1835 dəfə oxundu

"Saytların bloklanaraq fəaliyyətdən salınması, əlbəttə, əsaslı deyil, nəinki əsaslı deyil, bunun baş verməsi özü hüquqi nonsesdir”. 

Bunu Azərbaycan Jurnalistlər İttifaqının sədri, "Ayna.az” saytının rəhbəri Elçin Şıxlı son günlərdə bir sıra inetrnet resurslarının bolklanmasını şərh edərkən bildirib.

Tanınmış jurnalist deyir ki, bunun baş verməsinin səbəbini izah etmək mümkün deyil və E.Şıxlıya görə, bu, hələlik səbəbi, eləcə də nəticəsi bəlli olmayan bir prosesdir: "Amma nədirsə, "infromasiya məkanı”nda təmizləmə prosesi gedir. Bu təmizləməni kimlərin və nə üçün apardığı məlum deyil, ən azı mən bu suala cavab verməkdə çətinlik çəkirəm”, deyə E.Şıxlı bildirib.

E.Şıxlı MDB məkanında eyni proseslərin Belarusda da baş verdiyini söyləyib və bu iki paraleli MDB məkanında hansısa xoaşgəlməz prosesin gözlənilməsi kimi dəyərləndirib.

Deputat Fərəc Quliyev deyir ki, əgər saytda dövlət maralarına zidd, məmurlarla bağlı böhtan, iftira xarakterli yazılar olarsa, bunu etmək olar. Amma deputat bunu da qeyd edir ki, sayt təkcə əsaslı təniqdə görə bağlanırsa, bu düzgün deyil: "Cəmiyyətdə baş verən neqativlər barədə yazmaq lazımdır, buna qarşı dayanmaq isə cəmiyyəti inkişafdan saxlaya bilər”.

Xatırladaq ki, saytların bloklanması 2017-ci ilin martından başlanıb.

Belə ki, heç bir xəbərdarlıq edilmədən Azadlıq Radiosunun "azadliq.org”, "Azadlıq” qəzetinin "azadliq.info”, Meydan TV-nin "meydan.tv”, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və "Azərbaycan saatı” televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb.

Yalnız 2017-ci il mayın 12-də Səbail rayon Məhkəməsi bu saytlara gtrişin bloklanması ilə bağlı qərar qəbul edib.

Xatırladaq ki, 2017-ci il martın 10-da Milli Məclis "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və "Telekommunikasiya haqqında” qanunlara dəyişiklik edərək, internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydalarını qəbul edib.

Son 2-3 gündə isə "az24org”, "arqument.az”, "monitor.tv” saytları da bloklanıb.

Turan.az