"Sədərək Ticarət Mərkəzi"ndə yanğın baş verib

10-06-2017 22:59 / Bu xəbər 1220 dəfə oxundu

Bakının Qaradağ rayonunda "Sədərək Ticarət Mərkəzində” yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Xəbərdə bildirilir ki, hazırda yanğının yayılmasının qarşısı alınıb, tam söndürülməsi istiqamətində müvafiq işlər həyata keçirilir.

Baş vermiş yanğın nəticəsində 2 mağazanın dam örtüyü ümumilikdə 150 m2 sahədə yanıb.