Şəhərin mərkəzi küçələri və metronun çıxışı bağlanır

Şəhərin mərkəzi küçələri və metronun çıxışı bağlanır

19-10-2019 11:32 / Bu xəbər 3065 dəfə oxundu

Bu gün oktyabrın 19-da Milli Şura Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyi planlaşdırır. 

Milli Şura icazəsiz aksiyanı şəhərin mərkəzində – metronun "28 May” stansiyasının çıxışında keçirməkdə israrlıdır. Bu aksiya ilə bağlı hüquq mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib. Polis aksiyanın qarşısını alacağını bəyan edib.

Musavat.com-a daxıl olan məlumata görə, razılaşdırılmamış aksiya keçirməyə cəhd göstəriləcəyi nəzərə alınaraq, həmin əraziyə gələn küçə və prospektlərdə saat 12.00-dan 16.00-dək həm nəqliyyatın, həm də piyadaların hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamətlər dəyişəcək.

Məlumata görə, "28 May” stansiyasının Cəfər Cabbarlının heykəli istiqamətinə olan giriş-çıxışlarına da müvəqqəti məhdudiyyət qoyulacaq.