Səhiyyə Nazirliyinin tenderlərini udan “Turqay” MMC-nin sahibi kimdir?

Səhiyyə Nazirliyinin tenderlərini udan “Turqay” MMC-nin sahibi kimdir?

06-03-2019 15:07 / Bu xəbər 1821 dəfə oxundu

Zahid Qəribovla Rafət Orucov Səhiyyə Nazirliyində tender "oyunları ilə dövləti necə soyurlar?

Səhiyyə Nazirliyinin tender əməliyyatlarında əsas iştiakçılardan biri kimi tanınan müəmmalı "Turqay” MMC şirkəti ilə bağlı yeni məlmat yayılıb. Belə ki, "Turqay” MMC şirkətinin sahibi Kürdəmir rayon sakini Rafət Orucov adlı şəxsin olduğu deyilir. 

Bu barədə azfakt.com məlumat yayıb.

Məlumatda qeyd edilir ki, "Turqay” MMC şirkətinin Səhiyyə Nazirliyinin tikinti tenderlərində əsas qaliblərdən biri olmasının araxasında Rafət Orucovun nazirlikdə yüksək vəzifə tutan məmurlarla münasibətlərindən qaynaqlanır: ""Turqay” MMC şirkətinin Səhiyyə Nazirliyinin tikinti tenderlərində aktiv olmasının səbəblərindən biridə nazirliyin Əsaslı Tkinti İdarəsinin rəisi Zahid Qəribov adlı şəxsin olmasdır. Belə ki, Səhiyyə Nazirliyinin Əsaslı Tkinti İdarəsinin rəisi Zahid Qəribovda Kürdəmir rayonundandır və o, həmyerlisi Rafət Orucovla çox yaxın münasibətlərə sahibdir. Məhz Zahid Qəribovun Əsaslı Tkinti İdarəsinin rəisi olduqdan sonra "Turqay” MMC-nin Səhiyyə Nazirliyinin tikinti tenderlərində daha çox qalib şirkətlərdən birinə çevrildiyini deyə bilərik".

"Səhiyyə Nazirliyində tenderlərə nəzarəti nazir müavini Elsəvər Ağayev həyata keçirir. Məhz Zahid Qəribovun nazirliyin Əsaslı Tkinti İdarəsinin rəisi təyin edilməsi Elsəvər Ağayevin "xeyir dua”sı ilə baş verib", - məlumatda qeyd olunur. 

Bundan başqa Səhiyyə Nazirliyində tikinti işlərinə cavbadeh qurumlardan biri Səhiyyə obyektləri şəbəkəsinin inkşafının planlaşdırma şöbəsinin müdiri Əli Abbasovun da Elsəvər Ağayevin kadrı olduğu deyilir.

"Turqay” MMC şikətinin təsisçisi kimi isə Abbasov Tamerlan Yəhya oğlu göstərilib. 

Onun bir vaxtlar külli miqdarda vergidən yayınma ittihamı ilə saxlandığı və Sumqayıt şəhər məhkəməsinin hökmü ilə CM-nin 213.4 maddəsi ilə 1 il, 6 ay müddətinə azadlıqdan məhrum edildiyi qeyd edilib.

Rafət Orucovun bu şirkətə necə rəhbərlik etdiyi isə bəlli deyil. 

Mövzu ilə bağlı Rafət Orucov danışmaq istəməyib. 

Xatırladaq ki, ötən həftə ölkə mediasında "Turqay” MMC şirkətinin gördüyü işlərlə bağlı cinayət işinin açılması barədə məlumat yayılmışdı.