Seçicilər görüşdə Sevinc Fətəliyevaya etiraz etdilər: "Namizədliyini geri götür..."-VİDEO

Seçicilər görüşdə Sevinc Fətəliyevaya etiraz etdilər:

26-01-2020 16:30 / Bu xəbər 8130 dəfə oxundu

30 saylı Suraxanı birinci seçki dairəsindən namizədliyi YAP tərəfindən 3 -cü dəfə irəli sürülən Sevinc Fətəliyeva Zığ kəndində seçicilərin etirazı ilə qarşılanıb.

Bu barədə AFN xəbər yayıb.

Məlumata görə, seçicilərlə görüşdə xanım deputatın çıxışından sonra söz alan ictimaiyyətçi xanımlardan biri söz istəyib və deputatı fakt qarşısında qoyub. 

Zığın problemlərindən söz açan çıxışçı S.Fətəliyevanı namizədliyini geri götürməyə dəvət edib. 

Seçici onu da bildirib ki, görüşə Zığ camaatı çağırılmır, dövlət idarə və müəssisələrindən adamlar yığılıb gətirilir. 

Görüşdən yayılan videonu təqdim edirik: