Şəki bazarında dəhşətli yanğın: 110 obyekt külə döndü - FOTO/VİDEO

Şəki bazarında dəhşətli yanğın: 110 obyekt külə döndü - FOTO/VİDEO

12-10-2016 13:00 / Bu xəbər 2638 dəfə oxundu

Şəki bazarında yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 07.00 radələrində Şəki bazarının sahibkarlara məxsus qarışıq mallar satılan hissəsində yanğın başlayıb. 


Yanğının irimiqyaslı olduğu nəzərə alınaraq hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikaları və şəxsi heyətləri ilə birgə ətraf Qax, Oğuz və Yevlax rayonlarının DYMH-nin texnikası və şəxsi heyəti cəlb edilib.

 

Yanğın nəzarət altına alınıb. İlkin məlumata görə, yanğın nəticəsində sahibkarlara məxsus ümumi sahəsi 1200 kv.m olan ticarət obyektləri içərisindəki mallarla birlikdə yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Fövqəladə Hallar Nazirliyi Şəkidə baş verən yanğınla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Şəki şəhərində ümumi sahəsi 2 ha olan "Şəki Bazar” ASC-nin ərazisində 90 ədəd bir-birinə bitişik geyim əşyaları satışı konteynerləri və 20 ədəd satış piştaxtalarının yanar konstruksiyaları və içərisində olan mallar 1200 m2 sahədə yanıb.  Bazarın qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Qaynarinfo.Az