Şəkidə müəllim İslam Kollecindən niyə qovulub?

Şəkidə müəllim İslam Kollecindən niyə qovulub?

07-12-2017 18:30 / Bu xəbər 2753 dəfə oxundu

Şəkinin İslam Hafizlik Kollecində müəllim işləyən Elşad Şahmurovun şikayəti onun qeyri-qanuni yolla işdən azad edilməsidir.

"A24.az” bildirir ki, Elşad Şahmurov 2012-ci ildən adıçəkilən məkanda müəllimlik edib, lakin bu ilin sentyabr ayında kollecin direktoru Rəhman Nuri Nadiroğlu qeyri-qanuni olaraq, heç bir əsas gətirmədən onu işdən çıxarıb. 

Şikayətçi bildirir ki, müdiriyyət onun vaxtında işə gəlib-getməməsini, kollecdə qanun pozuntuları etdiyini deyərək işdən azad edib: "Mən işə bərpa ilə bağlı məhkəməyə müraciət etdim və Şəki Rayon Məhkəməsinin qətnaməsi ilə işə bərpa edilmişəm. Beləliklə, Azərbaycan Respublikası adından çıxan qətnamə ilə müdirin əməlləri qanunsuz hesab edilib. Amma əvvəlki kimi mədrəsədə işləyə bilmirəm. Məhkəmə qərarının sonunda "müəllim işinə bərpa edilsin”, "qeyd edilən əməl ləğv edilsin” və "məcburi sürətdə buraxdığı iş vaxtlarının məbləği ödənilsin” sözləri yazılıb. Amma eşitdiyimə görə, müdirə yaxın olan adamlardan bir neçəsi gəldi və "o, səni orda istəmir və işə qayıtmamağın üçün əlindən gələni edəcək” dedilər”.

Daha sonra Elşad Şahmurov kollecin direktoru ilə bağlı bir məsələni xüsusi qeyd edib: "Nəzərinizə çatdırım ki, bu, internet xəbər saytlarında həmin direktor barəsində yayımlanan ilk xəbər olmayacaq. Belə ki, əvvəllər də onun barəsində bir çox internet saytlarında xəbər yayımlanmışdır. Belə ki, o qanunsuz dini ədəbiyyat satdığına görə, polis tərəfindən saxlanılmış və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb edilib”.

Şəki Rayon Məhkəməsinin müvafiq qətnaməsinin sürətini göndərən müəllim öz adından şikayət etdiyini, 11 yaşında ata və anasını itirdiyi üçün arxasında dayanacaq kimsənin olmadığını və bunun kimi insanların ifşa olunmasını istəyir: "Rəsmən öz adımdan şikayət edirəm. Qoy hamı buradakı qanunsuzluqları bilsin”.///A24.az

Məhkəmənin qərarınının surətini təqdim edirik: