Şəkidə Müsavatın təşkilat sədri polisə çağırılıb

Şəkidə Müsavatın təşkilat sədri polisə çağırılıb

10-02-2017 00:19 / Bu xəbər 1709 dəfə oxundu

Müsavat Partiyası Şəki şəhər təşkilatının sədri Bakıxan Qəribli bu gün Şəki polis idarəsinə çağırılıb. 

Bu haqda "Basta”ya Müsavat başqanının müavini Elman Fəttah məlumat verib.

Bakıxan Qəribli saat 18:00-dan 20:00-dək polis idarəsində olub və sərbəst buraxılıb. Təşkilatın sədri "Basta” əməkdaşının sualına cavab olaraq bildirib ki, idarədə Müsavatın Şəki şəhər təşkilatının qərargahında hansı iclasların keçirildiyi barədə suallarla üzləşib.

"Təhqitat şöbəsində baş leytenant Dostuyev qərargahda hansı iclasları keçirdiyimiz barədə izahat istədi. Sonra polis rəisi Əbulfət Rzayev siyasi fəaliyyətimizlə bağlı suallar verdi. Bildirdim ki, Siyasi partiyalar haqqında qanuna görə, dövlət siyasi partiyaların təşkilatlarını qərargahla təmin etməlidir. Müsavat öz nizamnaməsi çivəsində partiyanın qərargahında öz iclaslarını keçirib”.

Qeyd edək ki, bu gün səhər Şəkidə Müsavatın qərargahı yerli təşkilatın əlindən alınıb.

Arqument.Az