Şəkidə qəssabların tətil etdiyi bildirilir

Şəkidə qəssabların tətil etdiyi bildirilir

20-07-2018 13:10 / Bu xəbər 1994 dəfə oxundu

"Hazırda yerli əhalini rayonda ət çatışmazlığı, yaxud ətin bahalaşması təhlükəsi narahat edir”

Şəki rayon mərkəzi bazarında çalışan qəssabların 2 gündür tətil etdiyi deyilir.

Adının çəkilməsini istəməyən qəssablardan biri Meydan TV-yə deyib ki, tətilin səbəbi ətin sanitar yoxlamadan keçirilməsi üçün ödənilən məbləğin qaldırılmasıdır.

"Əgər 10 gün əvvəl ətin analizlərini götürməmiş 1 manat tələb olunurdusa, hazırda 4 manat istəyirlər. Ona görə 1 manat verənlərə anailizlərin cavabını gec verirlər, buna görə qəssablara mallarını satmağa qadağa qoyublar. Nəticədə bir neçə gün sonra qəssablar ətlərini sata bilmirlər”.

Yaranan durum ətin qiymətinin bahalaşmasına təsir göstərə bilər. Qəssablar belə deyir:

"Çünki bazarda qoyun ətinin bir kiloqramı məlum tələb qoyulana qədər 7-10 manata, mal ətini 10 manata almaq olurdu. Hazırda yerli əhalini rayonda ət çatışmazlığı, yaxud ətin bahalaşması təhlükəsi narahat edir”.

Mal-qara kəsimi qaydaları Qida Təhlükəsizliyi Agentliyinin qida təhlükəsizliyi tələblərinə və sanitariya-gigiyena normalarına cavab verməyən qanunsuz mal-qara kəsimi məntəqələrinin fəaliyyətinin qarşısını almaq məqsədilə keçirdiyi reydlərdən sonra sərtləşib.

Heyvan kəsimi qaydaları Qida Təhlükəsizliyi Agentliyinin qida təhlükəsizliyi tələblərinə və sanitariya-gigiyena normalarına cavab verməyən, qanunsuz kəsim məntəqələrinin fəaliyyətinin qarşısını almaq məqsədilə keçirdiyi reydlərdən sonra sərtləşib.

Agentlikdən "Turan”-a verilən məlumata görə, Bakıda da qanunsuz kəsim məntəqələrinin fəaliyyətinin qarşısının alınması məqsədilə reydlərə başlanıb və bəzi şəxslərə xəbərdarlıq edilib.

Reydlər dövlət başçısının küçələrdə, yol kənarlarında və sanitariya-gigiyena normalarına cavab verməyən digər yerlərdə heyvan kəsimini qadağan edən müvafiq sərəncamı əsasında aparılır.

Agentlik bildirir ki, tələbə əməl etməyənlərə qarşı sanksiyalar tətbiq olunacaq.