Səlahəddin Dəmirtaş həbs olundu - Məhkəmə qərar verdi

Səlahəddin Dəmirtaş həbs olundu - Məhkəmə qərar verdi

04-11-2016 18:09 / Bu xəbər 1316 dəfə oxundu

Dünən gecə saatlarında Diyarbəkirdəki evində saxlanılan Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş bu gün vəkili ilə birlikdə məhkəməyə çıxarılıb.

"Hurriyet"in verdiyi məlumata görə, prokuror HDP lideri barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edib. Diyarbəkir 2-ci Sülh Cəza Məhkəməsi Dəmirtaş haqqında həbs qərarı verib.

Ankarada saxlanılan HDP-nin həmsədri Figen Yüksəkdağ da Diyarbəkirə gətirilib. Məhkəmə onun haqqında da həbs qərarı verib.

Partiyanın tutulan digər millət vəkilləri arasında İdris Baluken, Nursel Aydoğan, Leyla Birlik və Gülsel Yıldırım var.

Millət vəkilləri Ziya Pir, İmam Taşçıer, Sırrı Süreyya isə sərbəst buraxılsa da, polisin nəzarəti altında olacaqlar.(qafqazinfo)