Selin Göyçaya vurduğu ziyan hesablanır

Selin Göyçaya vurduğu ziyan hesablanır

05-06-2018 11:33 / Bu xəbər 1665 dəfə oxundu

"Kəndlərə, təsərrüfatlara dəyən ziyanlar hesablanmaqdadır. Amma hesablama hələ başa çatmayib".

Bunu Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rayon Fövqəladə Hallar Komissiyasının sədri İkram Vəliyev bildirib. 

Onun deməsinə görə, yağış və seldən təqribən 9-10 kəndə ziyan dəyib.

İ.Vəliyev vurğulayıb ki, sel nəticəsində dağılan körpünün bərpası ilə bağlı hazırlıq işləri həyata keçirilir.

O vurğulayıb ki, sel təhlükəsi ilə bağlı evlərindən köçürülən bütün ailələr geri qaytarılıb. 

Yalnız çayın yamac hissəsindəki ərazidə bir evin sakinlərinə qayıtmağa icazə verilməyib.

İyunun 2-də axşam saatlarında Göyçay çayına gələn sel avtomobil körpüsünü dağıdıb.

Nəticədə Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti dayandırılıb. 

Sürücülər alternativ olaraq Göyçay-Ucar-Kürdəmir-Bakı yolundan istifadə edirlər.

Sel, üstəlik, çay üzərindəki piyada körpüsünü də uçurub. 

Bununla da şəhərin bir hissəsinin, həmçinin 30-dan çox kəndin rayon mərkəzi ilə birbaşa nəqliyyat əlaqəsi kəsilib. 

Rayonun bir çox kəndlərinə də ziyan dəydiyi bildirilir.

Rayon rəhbərliyinin bildirməsinə görə, əhali hazırda alternativ yollardan istifadə edir.