Şənbə mitinqinin təşkilatçıları polisə çağırılıb

Şənbə mitinqinin təşkilatçıları polisə çağırılıb

13-04-2018 16:39 / Bu xəbər 1042 dəfə oxundu

Müxalifətin 14 aprel mitinqinin təşkilatçıları cümə günü Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb. 

Bu barədə Turan-a Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Vahid Məhərrəmli bildirib.

Müxalifət nümayəndələri ilə paytaxt polisinin rəis müavini Səhlab Bağırov və baş prokrorun baş müşaviri Mehman Qocayev söhbət edib.

"Əvvəlki mitinqlərdən əvvəl də olduğu kimi, onlar qanun pozuntularınun yolverilməz olduğu və buna görə məsuliyyətimiz haqqında xəbərdarlıq ediblər", - deyə Məhərrəmli bildirib.

Xatırladaq ki, İlham Əliyevin qalibi elan edildiyi prezident seçkilərinin nəticələrinə etiraz mitinqi 14 aprel saat 15.00-dan 17.00-a qədər "Məhsul" stadionunda keçiriləcək.