Sənin şəklinə baxarkən - Xalid Bağırov

Sənin şəklinə baxarkən - Xalid Bağırov

01-12-2015 01:29 / Bu xəbər 2867 dəfə oxundu

Tanınmış vəkil, REAl Hərəkatnın İdarə Heyətinin üzvü Xalid Bağırov vicdan məhbusu İntiqam Əliyevin ad günü ilə bağlı ona şeir həsr edib.

Arqument.Az həmin şeiri tədim edir:

Sənin şəklinə baxarkən

Yoruldun dağ olmaqdan,
Çıxıb getdin gəzməyə...
Yorulmadın savaşdan,
biz yorulduq dözməyə.

Qatarlar qanad açıb,
Başlayıblar uçmağa.
Bu qatarın dalıyca,
qanad hanı qaçmağa...

Eynəyindən axan nəm,
İllərin yorğunluğu.
Pırtlaşıq saçlarınla, 
Qovursan soyuqluğu...

Bəs niyə isinmirik,
Sonu gəlmir qışların.
Sığınmışıq şəklinə,
Üşüdür baxışların...

Hüquq parçalarından,
Ev tikərdik biz axı.
Damı damır o evin,
O ev sənsiz darıxır...

Yenə oyun qurtarır,
Kimsə sayıb onacan.
Gəl çıx artıq, gözümü,
Mən yerinə yumacam...