Şərif Ağayarın imza günü keçiriləcək

Şərif Ağayarın imza günü keçiriləcək

03-12-2015 13:18 / Bu xəbər 2028 dəfə oxundu

5 dekabr saat 18-19 arası Fəvvarələr bağında Şərif Ağayarın yeni çapdan çıxmış "Gülüstan” romanının imzalanma mərasimi keçiriləcək.
 
Kulisin verdiyi xəbərə görə, "Qanun” nəşriyyatının kitab yarmarkası çərçivəsində keçirilən tədbirdə yazıçının qələm dostları, yazarlar, media nümayəndələri iştirak edəcək.
 
Həmçinin oxucular Ş.Ağayarın "Qanun” nəşriyyatında çap olunmuş digər kitablarını da endirim qiyməti ilə əldə etmək fürsəti qazanacaqlar.
 
Xatırladaq ki, "Gülüstan” romanı ölkənin ümumi simvolu kimi götürülən Gülüstan qəsəbəsində baş verən sosial-siyasi hadisələrdən bəhs edir. Eyni zamanda qəhrəmanın yaddaşıyla keçmişə, hətta tarixə eksurs olunur. Əsərdə sevgi və detektiv xətt də vardır. 

Müəllifin sözlərinə görə, "Gülüstan” həm klassik, həm də çağdaş nəsr prinsiplərinə uyğun işlənib və istər mövzu, istər dil və üslubu, istərsə də bədii keyfiyyət baxımından oxucuları razı salacaqdır. 

Arqument.Az