"Şərurlu İsfəndiyar" Bakı sakinlərini havasız qoyur (FOTO)

07-12-2018 12:32 / Bu xəbər 1360 dəfə oxundu

Bakı şəhər, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 24 ünvanında yerləşən iki binanın arasında onlara bitişik üçüncü bir tikintinin aparılması ilə bağlı sosial şəbəkələrdə foto paylaşılıb.
 
Qaynarinfo xəbər verir ki, fotonu jurnalist Müşfiq Cabbar çəkib. 

Məlumata görə, hündürmərtəbəli binaların biri "Şərur" MTK, digəri isə "Qlobal Azəri" MTK tərəfindən tikilib.
 
Hər iki şirkətin "Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundova aid olduğu bildirilir.
 
Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətindən məlumat almağa çalışsaq da, qurumun saytında qeyd olunan nömrələrdən heç birinə cavab verən olmadı.