Sevgidən ədəbiyyata

Sevgidən ədəbiyyata

26-06-2016 00:43 / Bu xəbər 1200 dəfə oxundu

Hüseyn Bağırov

Məktəb illərində balacaboy, uzun saçlı, iri gözlü, güləndə yanaqları içəri batan bir qızı sevirdim. Bütün dərslərdən qaçıb siniflərinin qabağında dayanırdım. Siniflərindəki oğlanlarada hədə-qorxu gəlib gözlərini qorxutmuşdum. Ona elə gəlirdi ki, mən həm istedadlıyam, həm də güclü...

Dalaşanda həmişə qıza uzun yazılar,şeirlər yazıb göndərərdim. Qızın yazılar xoşuna gəlirdi, maraqlı yazdığımın fərqinə varmışdı. 

Maraqlı yazdığım üçün məktəb vaxtı bütün inşaların,esselərin mənə yazdırardı. Hətta onun üçün yazdığım inşa məktəb üzrə qalib seçilmişdi. Artıq yazı-pozu qabiliyyətimin olduğuna dəqiq inanmışdım. Deyirdim ki, bir gün gözlərindən yazsam yəqin ki,bu yazıya görə mükafat alaram. Heç nə demirdi, sakitcə üzümə baxıb gülümsəyirdi. Hədiyyə almağa pulum olmayanda şeir yazıb hədiyyə edərdim.

Məhəllədə, çöldə-bayırda uşaqlar da lağ edirdilər ki, sən qıza şeir falan yazmaqla heç nə qazanmayacaqsan, müasir zəmanədir, şeir nədir?! Qızı apar restoranda otur. Özüvü ağır apar. Dost-tanışın sözlərini  bir qulağımdan alıb, bu biri qulağımdan ötürürdüm.

Son zəng günü balaca əlləri ilə ürəyimin üstünə öz arzuların elə yazmışdı ki, sanki həyatın ən kövrək notları ilə roman yazıb.

Bunların hər birini yazıb qeyd edirdim. Yazıları vərəqə yazıb, evdə çarpayımın altında gizlədirdim. Hər dəfə anam evi yığışdıranda yazıları gizli-gizli oxuyub yerinə qoyur, mənə isə heç nə demirdi.

 Elə o vaxtdan yaza-yaza birdə gördüm ki, yazdığım yazılar qəzetdə, saytda dərc olunur. Fikrimcə, yaxşı yazmaq üçün yaxşı sevmək də şərtdir. Sevib yaza-yaza bir də görərsən ki, ədəbiyyat qapısına doğru arxaya baxmadan addımlayırsan.