Sevinc Fətəliyevanın da nəticələri ləğv edilə bilər

Sevinc Fətəliyevanın da nəticələri ləğv edilə bilər

13-02-2020 12:40 / Bu xəbər 3161 dəfə oxundu

30 saylı Suraxanı birinci seçki dairəsininin nəticələri ləğv edilə bilər.

Bu barədə Arqument.Az-a verilən məlumatda deyilir. 

Məlumatda deyilir ki, nəticəsi ləğv ediləcək 10 dairədən biri məhz 30 saylı Suraxanı seçki dairəsidir. 

"Etibarlı mənbələrdən əldə etdiyim məlumata görə, 10-a yaxın dairədə nəticələr ləğv ediləcək. Ləğv ediləcək dairələr arasında 33 saylı Xətai birinci seçki dairəsi (elan edilən qalib Hüseybala Mirələmov), 60 saylı Salyan-Nefçala seçki dairəsi (Fəzail Ağamalı) 74 saylı Lənkəran kənd seçki dairəsinin (Hadı Rəcəbli) adı çəkilir..."

Bunu isə iqtisadçı ekspert Qadir İbrahimli yazıb.

O bildirib ki, həmin dairələrdə baş verən pozuntularla bağlı araşdırmalar aparılır.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov isə bəzi dairələrdəki pozuntularla bağlı araşdırmaların aparıldığını bəyan edib. 

O bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər də araşdırlır. 

MSK sədri deyib ki, pozuntuları göstən vidreoların sayı 3000-dən (üç min) çoxdur. 

Prezident İlham Əliyev isə çıxışında bildirib ki, qanun pozuntusuna yol verən şəxslər cəzalandırılacaq. 

Qeyd edək ki, 30 saylı Suraxanı birinci seçki dairəsindən namizəd Sevinc Fətəliyeva təbliğat-təşviqat dövründə etirazla qarşılanmışdı. O, Zığ qəsəbəsindəki görüşdən qovulmuşdu və bunu əks etdirən videogörüntülər var. 

Bu arada 30 saylı Suraxanı birinci seçki dairəsindən 14 namizəd MSK-ya bəyanatla çıxış edib. Onlar bildiriblər ki, pozuntularla bağlı MSK-ya şikayət də ünvanlayıblar və nəticələrin ləğvini tələb ediblər. 

MSK-dan məsələyə hələ ki münasibət bildirilməyib.