Seymur Həzi daha bir mükafata namizəddir

Seymur Həzi daha bir mükafata namizəddir

25-10-2016 12:50 / Bu xəbər 819 dəfə oxundu

Sərhədsiz Reportyorlar Təşkilatı 2016-cı ildə Mətbuat Azadlığı mükafatına 22 namizədin adını açıqlayıb. 

3 nominasiya üzrə mükafat 1 jurnalistə, KİV-ə və vətəndaş jurnalistikası nümayəndəsində veriləcək.

Təşkilatın yaydığı məlumatda deyilir ki, 19 ölkədən olan builki namizədlərdən çoxu ya həbsdədir, ya da təqib olunur: "Həbsdə olanlar arasında misirli jurnalist İsmayıl Alexandrani, çinli Chinois Lu Yuyu və Li Tingyu, həmçinin Azərbaycandan Seymur Həzidir. Seymur Həzi Azərbaycandakı yeganə müxalifət qəzeti olan "Azadlıq”ın əməkdaşıdır və o saxta ittihamla həbs edilib”.

Qeyd edək ki, mükafat 1992-ci ildən təqdim edilir. Qaliblərin hər birinə 2500 avro veriləcək.

Arqument.Az