Şikayətçilər deputatın videosunu yaydılar - VİDEO

Şikayətçilər deputatın videosunu yaydılar - VİDEO

24-09-2019 13:51 / Bu xəbər 2842 dəfə oxundu

Rafael Cəbrayılovun borc qalmaqalı ilə bağlı Yenisabah.az-a video və audio materiallar daxil olub. 

Rafael Cəbrayılov Təranə Fətəliyeva və Xatirə Nəcəfova adlı vətəndaşlardan toplam olaraq 600 min ABŞ dollar məbləğində borc pul alıb. 

Deputat borcu deyilən vaxtda qaytaracağına əminlik yaratmaq üçün III və IV çağırış deputat vəsiqlərini girov qoyub. 

Təranə Fətəliyeva və Xatirə Nəcəfova bildirib ki, sonralar Rafael Cəbrayılov tərəfindən aldadıldıqlarını başa düşüblər. İş məhkəməyə düşüb. Məhkəmə qərarı Rafael Cəbrayılovun əleyhinə olub. 

Bu məsələ ictimailəşdən sonra deputat əvvəlcə "susuram” desə də, sonradan medianı ona qarşı kampaniya aparmaqda ittiham edib. 

Şikayətçilər jurnalistlərin hədəfə gəldiyini görüb video və audio materialları ictimailəşdirmək qərarına gəliblər. .