Silah zavodunda dəhşətli partlayış: xəstəxanada 6 yaralı var - FOTO/VİDEO

Silah zavodunda dəhşətli partlayış: xəstəxanada 6 yaralı var - FOTO/VİDEO

26-07-2016 16:10 / Bu xəbər 2867 dəfə oxundu

Müdafiə Sənayesi Nazirliyi zavodda baş verən yanğınla bağlı ilkin məlumat yayıb.

Məlumatda deyilir ki, bu gün saat 15:35 radələrində nazirliyinin Şirvan ”Araz” zavodunda yanğın hadisəsi baş verib. Hadisə ilə bağlı nazirlik tərəfindən rəsmi məlumat veriləcək: "Xahiş edirik, hadisə ilə bağlı məlumat yayarkən nazirliyin mətbuat xidməti ilə əlaqə saxlanılsın”.
 
***
 
Bu dəqiqələrdə musavat.com-a daxil olan məlumata görə, Şirvan şəhərində güclü partlayışla müşaiət olunan yanğın baş verib.

Yerli sakinlərin bildirdiyinə görə, Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda dəhşətli partlayış olub.

Deyilənə görə bu zavodda silah-sursat istehsal olunur.

Sakinlərin bildirdiyinə görə, hazırda partlayış baş verən əraziyə yaxın düşmək mümkün deyil.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Yaxın dəqiqələrdə həm hadisə ilə bağlı əlavə məlumat əldə etməyə çalışacağıq, həm də olaya aid video və foto görüntülər yayacağıq.

Xatırladaq ki, ötən il iyul ayının 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən "Telemexanika" zavodunda 1 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən partlayış baş vermişdi.

Partlayış baş verən hər iki zavod hərbi təyinatlıdı.

*  *  *

Ölkə.az-a daxil olan məlumata görə, güclü partlayış nəticəsində ölən və yaralananların olduğu deyilir. Məlumata görə, partlayışdan sonra ərazidə yanğın başlayıb. Hətta partlayışın gücündən Şirvan şəhərindəki binalarda silkələnmə də müşahidə olunub.

*  *  *

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 6 yaralı gətirilib. Bu barədə "Report”un bölgə müxbirinə xəstəxanadan məlumat verilib.