Şirməmməd Hüseynovun vəziyyəti pisləşdi

Şirməmməd Hüseynovun vəziyyəti pisləşdi

27-07-2016 12:58 / Bu xəbər 780 dəfə oxundu

Əməkdar jurnalist, "Şərəf” ordenli Şirməmməd Hüseynovun səhhətində problem yaranıb. 

O, vəziyyəti ilə əlaqədar Bakıdakı xəstəxanaların birinə yerləşdirilib.

Ş.Hüseynovun həyat yoldaşı faktı təsdiqləyib. 

O bildirib ki, qocaman jurnalistin 3 gün bundan öncə vəziyyəti qəfil pisləşib və xəstəxanaya yerləşdirilib: "Hazırda müalicə olunur. Vəziyyəti normaldır”. (AzNews.az)