Şirvanda Müsavat fəalı polisə çağırıldı

Şirvanda Müsavat fəalı polisə çağırıldı

07-11-2017 18:42 / Bu xəbər 1229 dəfə oxundu

Bu gün Müsavat Partiyası Şirvan şəhər təşkilatının Şura üzvü İbrahim Cəfərov polisə çağırılıb. 

Bu haqda "Basta”ya Şirvan təşkilatının sədri Əlikram Xurşidov məlumat verib.

"İki gün əvvəl Şirvanda Şura iclasımız keçirilmişdi, görünür, yerli orqanlar bundan narahat olublar. Bu gün səhər İbrahim Cəfərov polisə çağırılıb. Onu dindirdikdən sonra sərbəst buraxıblar. İbrahim Cəfərov səhhətində ciddi problemlər olan, insult keçirmiş bir adamdır. Onu polisə çağırmaq, heç bir əsas olmadan narahat etmək həm qanunsuz, həm də insanlığa yaraşmayan bir əməldir”, – Əlikram Xurşidov bildirib.