Şirvanda Müsavat fəalına 20 sutka həbs cəzası verilib

Şirvanda Müsavat fəalına 20 sutka həbs cəzası verilib

21-10-2019 19:00 / Bu xəbər 1456 dəfə oxundu

Şirvan Rayon Məhkəməsi Müsavat Partiyası Şirvan rayon təşkilatının şura üzvü Nazim Həsənliyə 20 sutka həbs cəzası verib. 

Bu haqda "Basta”ya Müsavatın Məclis üzvü Əlikram Xurşidov məlumat verib. Nazim Həsənli İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə (polisin qanuni əmrlərinə tabe olmama) təqsirli bilinib. 

Əlikram Xurşidov hökmün əsassız olduğunu və apellyasiya şikayəti veriləcəyini bildirib.

Müsavat Partiyası Şirvan rayon təşkilatının şura üzvü Nazim Həsənli bu gün Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb. Bu haqda "Basta”ya Müsavatın Məclis üzvü Əlikram Xurşidov məlumat verib.

Nazim Həsənlinin saxlanması onun 2 gün əvvəl Saday Hacılının saxlanması ilə bağlı mətbuata məlumat verməsi ilə əlaqələndirilir. 

Fotoda soldan 2-ci Nazim Həsənlidir.