"Siyasi Məhbuslarsız Azərbaycan" toplantı keçirəcək

06-12-2016 17:01 / Bu xəbər 1103 dəfə oxundu

10 dekabr İnsan Haqları günü "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı Azərbaycanda insan haqlarının mövcud durumuna dair toplantı keçirəcək. 

Bu barədə Arqument.Az-a alyansın rəhbəri Oqtay Gülalıyev məlumat verib. 

Gülalıyev bildirib ki, toplantıda ölkədə insan haqlarını hazırki vəziyyəti, sərbəst toplaşmaq, ifadə azadlığı, mülkiyyət, istehlakçı hüquqları, siyasi məhbus problemi və s. müzakirə olunacaq.

Toplantıda həmçinin vətəndaş cəmiyyəti fəalları, xarici ölkə səfirlikləri, siyasi partiya və mətbuat nümayəndələrinin, siyasi məhbus ailələrinin, hüquq müdafiəçilərinin və s. iştirakı nəzərdə tutulur. 

Arqument.Az