"Siyasi məhbuslarsız Azərbaycanda yaşayaq..." - VİDEO

22-09-2017 11:11 / Bu xəbər 1013 dəfə oxundu

Siyasi məhbus Fikrət Fərəməzoğlu artıq ikinci doğum gününü həbsdə keçirir.

Sentyabrın 21-də jurnalistin yaxınları, dostları, həmkarları onun doğum gününü birlikdə qeyd edib.

Tədbirdəki siyasətçi, ictimai xadimlər və siyasi məhbus ailələri öz fikrini deyib. 

Fuad Əhmədlinin atası insanları siyasi məhbus ailələrini tək qoymamağa çağırıb. 

Fikrət Fərəməzoğlu hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilərək 7 il müddətinə azadlıqdan məhrum edilib.

O həmçinin 2 il jurnalistika fəaliyyətindən məhrum edilib.